Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda şirkət böyük məbləğdə cərimələndi - SƏBƏB

Şəmkirdə ağac kəsən şirkət cəzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yeniavaz.com-a verilən xəbərə görə, rayonun Sarıtəpə kəndi ərazisində Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayətnazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı “Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti altına düşən ağacların köçürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza İdarəsi tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı və ağacların bir qisminin kəsildiyi aşkar edilib.

Faktla bağlı icraçı “Bayburd” tikinti şirkəti barəsində protokol tərtib edilib və şirkət 26760 manat məbləğində cərimə olunub.

22 Yanvar, 2020  10:44 Baxılıb: 1079

Bu bölmədə