Simsar.az | bizi özünüzə Simsar bilin
“Çocuk” final edir

Star TV-də yayımlanan məşhur “Çocuk” serialı ekranlarla vidalaşır.   “1441 Yapım” şirkəti tərəfindən ərsəyə gələn ekran işinin 28 yanvar tarixində son bölümü yayımlanacaq. Beləliklə, “Çocuk” 18-ci seriyadan sonra tamaşaçılarla sağollaşacaq. Buna səbəb layihənin son zamanlar reytinq nəticələrinin aşağı düşməsidir. Həmçinin, eyni vaxtda Show TV-də yayıma başlayan “Ramo” serialının böyük uğur qazanmasıdır.

Qeyd edək ki, “Çocuk”da Nazan Kesal, Merve Çağıran, Ceyda Ateş, Serhat Teoman, Kenan Acar və İsmail Hacıoğlu rol alır.(qafqaz)

21 Yanvar, 2020  15:54 Baxılıb: 5584

Bu bölmədə