Simsar.az | bizi özünüzə Simsar bilin
Zakir Həsənov Gürcüstana gedib

Yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri cənab İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.(report)

21 Yanvar, 2020  12:17 Baxılıb: 1259

Bu bölmədə