Simsar.az | bizi özünüzə Simsar bilin
Bərdə rayonuna yeni prokuror təyin edilib

Bərdə rayonuna yeni prokuror təyin edilib. “Report”un xəbərinə görə, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb. Əmrə əsasən, Asəf Sarıkişiyev Bərdə rayon Prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Sarıkişiyev bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.

17 Yanvar, 2020  15:06 Baxılıb: 1075

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası