Ailənin beş üzvü göbələkdən zəhərləndi - SAATLIDA
Saatlı rayonunda zəhərlənmə hadisəsi baş verib. Report xəbər verir ki, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb. Məlumata görə, Seyidlər kənd sakini,1974-cü il təvəllüdlü Məmmədov Əbülfəz Ağarza oğlu, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Məmmədova Xuraman Xuda qızı, övladları, 2007-ci il təvəllüdlü Əli, 2009-cu il təvəllüdlü əkiz qardaşlar Vahid və Zahid zəhərlənmə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada həkimlər tərəfindən onlara ilkin tibbi yardım göstərilib. Tibb mərkəzindən verilən məlumata görə, ailə üzvlərinin vəziyyətləri stabildir. Onlar göbələkdən zəhərləndiklərini bildirirlər. Faktla bağlı araşdırma aparılır.
17 Yanvar, 2020 10:55 ⁄ Baxılıb: 947
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |