Zaqatalada qızıl oğrusu saxlanılıb
Zaqatala rayonunda qızıl oğrusu saxlanılıb. Bununla bağlı DİN Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, rayonun Yuxarı Tala kəndində yerləşən üç evdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib. Zərərçəkmişlərə məxsus evlərdən ümumi dəyəri 8000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 22 yaşlı Əhməd Məmmədov saxlanılıb. Araşdırma zamanı Ə.Məmmədovun həmin qızıl-zinət əşyalarını oğurladıqdan sonra dəyərindən ucuz qiymətə Zaqatalada qızıl alqı-satqı yerlərinə satdığı, əldə etdiyi gəliri isə özünün əyləncəsi üçün xərclədiyi müəyyən olunub. Saxlanılan şəxsin yaşadığı evdən isə oğurladığı qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ə.Məmmədovun digər cinayət əməllərində iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
15 Yanvar, 2020 11:51 ⁄ Baxılıb: 870
Bu bölmədə20 Mart, 2024 İş adamı Seymur İsayevdən bayram təbriki16 Mart, 2024 Sabahın havası5 Mart, 2024 Xalqxeber.Az xəbər portalı 12 yaşında |