Simsar.az | bizi özünüzə Simsar bilin
Mahir Mehdi: "...üşüyər sən tərəfı...

... Qırılar bircə kəlməyə,

səsi düşər düyünə.

Çıxıb

bu Yer yumrusundan,

girər rəqəmsiz günə.

Barmaqlarında yaşayıb,

dil açar

əllərindən.

Gizlədib üzdə olanı,

qazar özün dərindən.

Gedib - gələn

adamlarda

hər gün üzünü sayar.

Ayağında bitən qadın

gözlərindən

başlayar.

Dəyişdirər öz ritmini -

pozub sonuncu hərfi.

Gözləri qalar

taybatay,

üşüyər sən tərəfı...

14 Yanvar, 2020  10:19 Baxılıb: 1569

Bu bölmədə