Deputatlığa namizədlərin sayı 1099 nəfərə çatıb
Deputatlığa namizədlərin sayı 1099 nəfərə çatıb. Mərkəzi Seçki Komissiyasınn (MSK) saytının verdiyi məlumata görə, 2020-ci ilin fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən 2431 nəfərdən 1099-nun namizədliyi qeydə alınıb. Üç seçki dairəsində namizədliyi irəli sürülən namizədlərin hamısı - 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 3 nəfər, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputatlığa namizəldiyi irəli sürülən 3 nəfər,105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 9 nəfər qeydə alınıb. Ümumilikdə ən çox deputatlığa namizədlərin qeydə alındığı seçki dairəsi isə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsidir. Bu seçki dairəsində 24 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
13 Yanvar, 2020 17:21 ⁄ Baxılıb: 1027
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |