Omanın yeni sultanı taxta çıxıb
Omanın bu gün 79 yaşında vəfat edən sultanı Qabus bin Səid Əl Səudin varisi əmisi oğlu, Sultanlığın keçmiş mədəniyyət naziri Həytəm bin Tariq əl Səid taxta çıxıb. “Al Jazeera”ə xəbər verir ki, yerli KİV-in məlumatına görə, H.Səid hakim ailənin iclasından əvvəl müvafiq şəkildə and içib. Bu məlumat hələlik rəsmi səviyyədə təsdiqlənməyib. Qeyd edək ki, ölkə Konstitusiyasına görə, taxt-tac boşaldığı təqdirdə, yeni sultan hakim ailə tərəfindən üç gün ərzində müəyyənləşdirilməlidir. Ölkənin sultanı müsəlman, yetkin, ağlı başında, omanlı müsəlman valideynlərin qanuni oğlu kimi meyarlara uyğun gəlməlidir. 1970-ci ildə çevriliş nəticəsində hakimiyyətə gəlmiş və övladı olmayan mərhum sultan Qabus Yaxın Şərqin ən uzun müddətli hakimi olaraq bir müddətdir xəstə olub və bağırsaq xərçəngindən vəfat edib. Omanın bitərəf xarici siyasəti onun adı ilə bağlıdır.(report)
11 Yanvar, 2020 13:07 ⁄ Baxılıb: 1352
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |