Simsar.az | bizi özünüzə Simsar bilin
İmişlidə qətl törədilib

İmişlidə qətl hadisəsi baş verib. Hadisə İmişli rayonunun Ağamalılar kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Quliyev Emin Elsevən oğlu mübahisə zəminində İmişli rayon sakini Əzizov Zaur Zakir oğlunu bıçaqla qətlə yetirib. Qətlin təfərrüatları barədə əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.(apa)

10 Yanvar, 2020  11:20 Baxılıb: 1230

Bu bölmədə