Simsar.az | bizi özünüzə Simsar bilin
Avstraliyada yanğının dəhşətli nəticəsi: Milyarddan artıq heyvan öldü

Avstraliyanı cənginə almış meşə yanğınlarında bir milyarddan çox heyvan tələf olub. TASS xəbər verir ki, bu, Sidney Universitetinin apardığı araşdırma nəticəsində bəlli olub. Araşdırmaya rəhbərlik edən professor Kris Dikmanın sözlərinə görə, təkcə Yeni Cənubi Uels ştatında yanğınlar səbəbindən 800 milyondan artıq heyvan ölüb.

“Bütün ölkə üzrə meşə yanğınları səbəbindən vəhşi təbiətin itkilərinin sayının bir milyard heyvandan artıq olması gözlənilir”, - araşdırmada qeyd olunub.

Ümumdünya vəhşi təbiət fondunun Avstraliya bölməsi Dikmanın araşdırmasını nəzərə alaraq yanğın zamanı yaralanan heyvanların sayını 1,25 milyard olaraq göstərib. Yanğın ümumilikdə bütün Avstraliya üzrə 8,4 milyon hektar meşə sahəsini məhv edib.

9 Yanvar, 2020  11:26 Baxılıb: 1286

Bu bölmədə