Simsar.az | bizi özünüzə Simsar bilin
Kazan görüşündə bəyanatın ruhu

"The New York Times"dakı yazı ilə Əli Həsənovun fikirləri üst-üstə düşür 

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin bu ayın 25-da keçirəcəkləri Kazan görüşünə ümidlər artır. Simsar.az saytının xəbərinə görə, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün jurnalistlərə açıqlamasında bildirib ki, münaqişənin tezliklə həlli iradəsi mövcuddu.  

"Düşünürük ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin zamanı çatıb. Bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri birgə bəyanat verib. Düşünürük ki, Kazan görüşündə, həmin bəyanatın ruhunu da nəzərə alaraq, müəyyən irəliləyişə nail olmaq imkanları var", - deyə, Ə.Həsənov bildirib.

Ə.Həsənov hesab edir ki, bu imkanlar tək Azərbaycandan deyil, eyni zamanda neçə illərdir danışıqlar prosesində qeyri-konstruktivlik göstərən Ermənistandan asılıdır.

"The New York Times" qəzeti də, Kazan görüşünün tərəflər üçün gözəl imkan olduğunu yazıb.

“Görüş uzun illər ərzində Dağlıq Qarabağ məsələsində çətin vəziyyətdən çıxmaq üçün ən yaxşı imkandır. Məqalədə bildirilir ki, bunun üçün daha böyük stimul münaqişənin həll olunması üçün səy göstərən və bunun üçün öz nüfuzundan istifadə edən Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən verilib.

Ruslan

13 İyun, 2011  17:42 Baxılıb: 1405

Bu bölmədə