Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədə üç tanınmış məhbus deputat seçildi

Mehmet Haberalı, qəzetçi-yazar Mustafa Balbayı CHP, Engin Alan isə MHP-nin qalibləridi

Türkiyədə keçirilən parlament seçkilərində hazırda həbsdə olan bir neçə tanınmış sima millət vəkili seçiliblər.  

Ergenekon işinə görə həbsə alınmış professor Mehmet Haberalı, qəzetçi-yazar Mustafa Balbayı
Cümhuriyyət Halk Partiyasının (CHP) siyahısından deputat seçiliblər.

Milliyyətçi Hərakat Partiyasından (MHP) isə ordu generalı Engin Alan İstanbuldan millət vəkili seçilib. O da hazırda Silivri həbsxanasındadır.

Türkiyə qanunlarına görə, onların millət vəkili seçilməsi tutuqluluqlarının qaldırılması ilə nəticələnəcək.

Ruslan

13 İyun, 2011  16:32 Baxılıb: 1243

Bu bölmədə