Canəli Əkbərov yenidən xəstəxanaya yerləşdirildi
Xalq artisti Canəli Əkbərov yenidən xəstəxanaya yerləşdirilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Əməkdar artist Babək Niftəliyev instaqram səhifəsində məlumat verib. O, ustadını ziyarət edib, C. Əkbərovun görüntülərini sosial şəbəkədə paylaşıb. Babək videoya “Allah Xalq artisti və mənə 4 il dərs demiş Canəli Əkbərova şəfa versin” şərhini yazıb. Qeyd edək ki, məşhur xanəndə bu ilin iyun ayında da xəstəxanalıq olmuş, daha sonra tədbirlərə əlil arabasında getməyə məcbur olmuşdu.
20 Dekabr, 2019 13:18 ⁄ Baxılıb: 1378
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |