Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan prezidenti bu qələbənin Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasına inamının ifadəsi olduğunu deyib

Simsar.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının qazandığı inamlı qələbə münasibətilə təbrik edib, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin böyük və uğurlu yol keçdiyini qeyd edib və bu qələbənin Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasına inamının ifadəsi olduğunu vurğulayıb.

Türkiyənin baş naziri səmimi təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının prezidenti və Türkiyə Respublikasının baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını qeyd ediblər.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı onun üçün münasib vaxtda ölkəmizə səfərə dəvət edib.

13 İyun, 2011  16:22 Baxılıb: 1118

Bu bölmədə