Əbülfəs Qarayev FHN-nin Bakı Sirkiylə bağlı iradlarına CAVAB VERİB
"Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı Dövlət Sirki ilə bağlı iradlar irəli sürülüb ki, bunlar da haqlı iradlardır". Bunu mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib. Nazir Bakı Dövlət Sirkinin bağlanmasını istəmədiyini bildirib: "Çünki şəhərdə mütləq belə bir məkan olmalıdır. Sirk 40 ilə yaxındır ki, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Hesab edirəm ki, müvəqqəti olsa da, təhlükəsizliklə bağlı olan ölçüləri götürməliyik. Artıq bunların yarısını etmişik". "Ümidvaram ki, bu mövsümdə sirk öz işini davam etdirə bilər. Amma bu məsələyə gələcəkdə mütləq baxılmalıdır", - deyə Ə.Qarayev qeyd edib.
18 Dekabr, 2019 17:12 ⁄ Baxılıb: 1253
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |