Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanlı deputat Abdulla Güllə görüşdü

Qənirə Paşayeva:  "Seçkilərin nəticələrinin dost, qardaş Türkiyə və bölgə üçün xeyirli və uğurlu olmasını arzu edirik"

Avropa Şurası Parlament Assambleyasının Türkiyədə keçirilən parlament seçkilərini müşahidə missiyasının üzvü kimi seçkiləri paytaxt Ankarada izləyən millət vəkili Qənirə Paşayeva müşahidəçisi olduğu seçki məntəqəsində səs verən prezident Abdulla Gül və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, orgeneral Sebahattin İşık Koşaner ilə görüşüb. Millət vəkili seçkilərin nəticələrinin dost, qardaş Türkiyə və bölgə üçün xeyirli və uğurlu olmasını arzu etdiklərini bildirib və Azərbaycan xalqının da bu arzu, düşüncə və gözləntidə olduğunu deyib. 

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının 30 nəfərlik seçkiləri müşahidə missiyası ötən gün Türkiyənin müxtəlif bölgələrində seçkiləri müşahidə ediblər.

Bu gün AŞPA-nın seçkiləri müşahidə missiyası seçkilərlə bağlı ilkin açıqlama verəcək.

13 İyun, 2011  15:50 Baxılıb: 1130

Bu bölmədə