Simsar.az | bizi özünüzə Simsar bilin
Zelenski Bakıda mühafizəçilərsiz oyuncaq mağazasında - FOTO

Bakıda səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski uşaqlarına oyuncaq almaq üçün mühafizəçilərin müşaiyəti olmadan oyuncaq mağazasına gedib. Bu barədə foto zelenskiy.office İnstagram səhifəsində yer alır.

Qeyd olunur ki, Ukrayna dövlətinin başçısı Bakıdakı “Oyuncaq evi” mağazasına daxil olub və uşaqlarına hədiyyə alıb. “Qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq Ukrayna prezidenti oyuncaq evində öz uşaqlarına hədiyyə seçir. Onlarla mühafizəçi, müşaiyət edənlər və digər atributlar olmadan, az qala 30 ildir bizim hakimiyyətə xas olduğu kimi”,-fotoya yazılan şərhdə deyilir.

Qeyd edək ki, Zelenskinin Bakıda rəsmi proqramı artıq başa çatıb, Ukrayna prezidentinin bu saatlarda öz ölkəsinə yola düşəcəyi gözlənilir.

17 Dekabr, 2019  18:23 Baxılıb: 5537

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları