Metyu Brayza: “Bizim bu sahədə təcrübəmiz var"
“ABŞ Xəzərdəki enerji infrastrukturunun müdafiəsində Azərbaycana kömək etməyə hazırdır” ABŞ Xəzər dənizinin enerji infrastrukturunun müdafiəsi məqsədilə öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib. O, Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcında olduqlarını söyləyib: “Amerika Xəzərdəki enerji infrastrukturunun müdafiəsində Azərbaycana kömək etməyə hazırdır. Bizim bu sahədə təcrübəmiz var və bu təcrübəni Azərbaycanla bölüşməyə hazırıq”.
12 İyun, 2011 01:10 ⁄ Baxılıb: 1159
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |