Simsar.az | bizi özünüzə Simsar bilin
Yevlax mərkəzi xəstəxanası yandı - FOTO

Yevlax Şəhər Mərkəzi Xəstəxanasının dördmərtəbəli binasının üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri yanıb. Fövqəladə Hallar Nazirliyindən  bildiriblər ki, yüksək temperaturdan üçüncü mərtəbənin tavanı əriyib. Yanğın zamanı 8 xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.(modern)

11 Dekabr, 2019  12:55 Baxılıb: 1123

Bu bölmədə