Simsar.az | bizi özünüzə Simsar bilin
Ağsuda 5 otaqlı ev yanıb

Ağsu rayonunda ümumi sahəsi 112 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 50 m² sahədə və 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Evin qalan hissəsi, bitişik köməkçi tikili və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

11 Dekabr, 2019  10:21 Baxılıb: 963

Bu bölmədə