Simsar.az | bizi özünüzə Simsar bilin
"SİMSAR"IN HİT LİDERİNİN ADI MƏLUM OLDU

Röyanın “Sənə görə” mahnısı bu həftə liderdir 

“HİT-SİMSAR” layihəsində bu həftənin lideri Röyanın 803 səs toplayan “Sənə görə” mahnısıdır. Tamaşaçıların səsverməsinə əsasən ikinci yeri 418 səslə Aygün Kazımova və Miri Yusifin “Petrol” mahnısı, üçüncü yeri isə 395 səslə Teymur Əmrahın “Sən görən əvvəlki cavan deyiləm” mahnısı qazanıb. 10 mahnı arasında dördüncü yerdə Faiq Ağayevin “Bal kimi” (104 səs), beşinci yerdə Zamiqin “Sən necə də gözəlsən” (96 səs) mahnılarıdır. 

Layihənin şərtlərinə görə, liderdən sonrakı dördlük həftənin növbəti cümə gününədək bir daha müsabiqəyə qatılmaq şansı qazanır. Sonrakı 5 mahnı isə Flora Kərimovanın “Apar məni”, Nisə Qasımovanın "Şahanə sevgi", Eyyub Yaqubovun “Ana”, Elariz Məmmədovun “Hara getsəm”, Elza Seyidcahanın “Hisslər ağlasın”mahnısı ilə əvəzlənir.

Layihənin məqsədi dinləyicilərin zövqünü öyrənməkdir.

Simsar.az

11 İyun, 2011  18:18 Baxılıb: 1298

Bu bölmədə