Məşhur rəssam evsizi Santa-Klaus qismində əks etdirdi
Məşhur britaniyalı qrafiti ustası Benksi yeni işinin videosunu təqdim edib. “Metro” xəbər verir ki, rəssam videonu “Instagram” səhifəsində paylaşıb. “Allah Birmingemi saxlasın. Rayanı çəkdiyimiz 20 dəqiqə ərzində yoldan keçənlər ona isti çay, şokolad və alışqan verdilər”, - video belə şərh edilib. Videoda skamyada uzanan evsiz kişi əks olunub. Yanındakı kərpiç divarda cəkilən iki maral, yüyən və kirşə şəkli onun Santa-Klaus olduğu təsəvvürü yaradır.
10 Dekabr, 2019 10:18 ⁄ Baxılıb: 1195
Bu bölmədə18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu1 Noyabr, 2023 Aybəniz Haşımova və tələbələri Biləsuvarda |