Həbsdə olan baş redaktor azadlığa buraxılıb
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilərək 4 il müddətinə azadlıqdan məhrum edilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxıb. H.Vəliyevin cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə H.Vəliyevin çəkilməmiş cəzası şərti cəza ilə əvəz edilib və o azadlığa buraxılıb. Qeyd edək ki, H.Vəliyev 2016-cı ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. Jurnalist Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 4 il müddətinə azadlıqdan məhrum edilib.
6 Dekabr, 2019 15:51 ⁄ Baxılıb: 897
Bu bölmədə18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var17 Aprel, 2024 Hadı Rəcəbli vəfat etdi15 Aprel, 2024 Çingiz Abdullayevin səhhəti ilə bağlı vəziyyət açıqlanıb |