Simsar.az | bizi özünüzə Simsar bilin
ƏRDOĞANDAN ATINA AXUR İSTƏYİR

Baki Bayraktutan məktubu baş nazirə verə bilmədi

Dünya Universitetlərinin Qış oyunlarının açılış mərasimində 36 çovqan oyunçusunun başında meydana girməklə məşhurlaşan 82 yaşlı Baki Bayraktutan bu dəfə atı ilə birgə baş nazir Ərdoğanın mitinqinə gəlib. 

Simsar.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Bayraktutan nazirə məktub vermək istəsə də bu niyyəti baş tutmayıb. Buna baxmayaraq o Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı seçim avtobusunda salamlayaraq bir müddət onları at üstündə müşayiət edib. Nazir maşınının dayanmadığını görən Baybaktutan atını birbaşa mitinq meydanına sürüb: “18 yaşından bəri çovqan oynuyuram. Yoldaşımı iki il əvvəl itirdim, qızımla birgə yaşayıram. Dörd nəvəmdən ancaq 22 yaşındakı Cihan Çakaröz işsizdir. Nazirimdən nəvəmə iş, Bulud adlı atıma isə axur istəyəcəyəm”.

11 İyun, 2011  17:33 Baxılıb: 1393

Bu bölmədə