Mübariz Qurbanlı müxalifət liderləri ilə görüşən səfirləri aşağıladı
“Siyasi imicini qoruyan səfir İctimai Palata ilə görüşməz” Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı müxalifətlə-iqtidar arasında yaxın vaxtlarda dialoq keçiriləcəyi ilə bağlı ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorelin fikirlərini Azadlıq.org saytına şərh edərkən deyib. O, ATƏT rəsmisinin fikrinin aydın olmadığını bildirib: “Mən bilmirəm cənab Cankorel nəyi nəzərdə tutub, biz hara dəvət olunuruqsa ora da gedirik. Əgər dialoq adı altında bir məsələ müzakirə eləmək istəyirlərsə biz həmin müzakirələrə qatıla bilərik. Amma mən bütövlükdə dialoq termininin Azərbaycanda belə istismar olunmasının əleyhinəyəm. Çünki Azərbaycan siyasi proseslərin sabit şəkildə inkişaf etdiyi, vətəndaş sülhü, vətəndaş birliyi olan ölkədir. Bu gün dialoq sözünü Fransa, Amerika və Böyük Britaniyaya aid eləmədiyimiz kimi bizə niyə aid edirlər. Dialoq Somalidə, Anqolada və digər qarşıdurma olan ölkələrdə olmalıdır Azərbaycanda yox”.
11 İyun, 2011 17:33 ⁄ Baxılıb: 974
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |