Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda iki qardaş bıçaqlanıb

Bakıda iki qardaş bıçaqlanıb. “Report”un xəbərinə görə, hadisə dekabrın 2-də paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Belə ki, Əli Yunusov və qardaşı Xaliq Yunusov qəsəbənin H.Quliyev küçəsi, 23 saylı binanın qarşısında olarkən 3 nəfər naməlum şəxslə mübahisə ediblər. Daha sonra həmin şəxslər qardaşlara qol və bud nahiyyələrindən bıçaqla xəsarət yetiriblər.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

4 Dekabr, 2019  11:55 Baxılıb: 1122

Bu bölmədə