Xüsusi amansızlıqla öldürülən qadınla bağlı TƏFƏRRÜATLAR
Bakıda qadının qətlə yetirilməsinin təfərrüatları məlum olub. Trend-in məlumatına görə, hadisə noyabrın 28-də saat 23 radələrində baş verib. 22.03.1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” cay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 05.03.1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqançlıq zəminində 5 bıçaq zərbəsi vurub, sonuncu aldığı zərbələr nəticəsində ölüb. Məmmədov Sərxan Xanlar oğlu Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulub.
29 Noyabr, 2019 11:08 ⁄ Baxılıb: 879
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |