Azərbaycanda Milli Məclis buraxıldı
YAP-ın Siyasi Şurasının təcili iclasında sensasion qərar qəbul edilib. Parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib. Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb. Yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək. Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.(yeniavaz)
28 Noyabr, 2019 13:31 ⁄ Baxılıb: 985
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |