Simsar.az | bizi özünüzə Simsar bilin
Oktay Kaynarca Park Bulvara gəlir

Noyabrın 29-da Park Bulvar AVM-də Oktay Kaynarcanın imza günü olacaq.

Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən Kiğılı mağazasının açılışında iştirak edəcək məşhur türk aktyoru Oktay Kaynarca həm də sevənləri ilə görüşəcək.

Kigılı markasının siması olan Oktay Kaynarca brendin Park Bulvar AVM-də açılan yeni mağazasının açılışında iştirak etmək üçün Türkiyədən gəlib.

Elə həmin gün, noyabrın 29-da saat 18.00-da Park Bulvar AVM-in 1-ci mərtəbəsində məşhur aktyorun imza günü də keçiriləcək.

26 Noyabr, 2019  15:36 Baxılıb: 5474

Bu bölmədə