Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda daha 6 tələbə qız zəhərləndi

Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər: "Çağırış saat 4:47-də daxil olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri mənzildə baş verib".

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.(trend)

26 Noyabr, 2019  10:26 Baxılıb: 756

Bu bölmədə