Simsar.az | bizi özünüzə Simsar bilin
Çin fəzaya iki peyk buraxıb

Bu gün Çin “BeiDou-3” (BDS-3) naviqasiya sisteminin iki peykini orta yüksəklikdə orbita buraxıb. “Report” Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, cənub-qərbindəki Siçuan əyalətində yerləşən Siçanq Peyk Buraxma Mərkəzindən qaldırılan hər iki peyk nəzərdə tutulan orbitlərə müvəffəqiyyətlə yerləşdirilib.

Gələn il qurulması hədəflənən “BeiDou” naviqasiya sistemi çərçivəsində indiyədək 51 peyk orbitə çıxarılıb. İndiyədək adıçəkilən sistemin üç nəsil peykləri hazırlanaraq Yer ətrafı orbitlərə yerləşdirilib.

23 Noyabr, 2019  13:50 Baxılıb: 1147

Bu bölmədə