Sürücülərə bəd xəbər: Bu halda 150 manat cərimələnəcəksiniz
Avtomobilin alın və qabaq yan şüşələrinə vurulan plyonkalar bu gündən etibarən sökülməyə başlanılacaq və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sürücülər 150 manat məbləğində cərimə olunacaq. Avtosfer.az xəbər verir ki, sürücünün kürəyindən arxada qalan şüşələrə (arxa yan şüşələrə) vurulan plyonkalara görə cərimə yazılmayacaq. Alın və qabaq yan şüşələrə plyonkanın vurulması həm qanunvericiliklə qadağandır, həm də təhlükəlidir. Çünki sutkanın qaranlıq vaxtı avtomobildən bayır hissə məhdud görünür. Bu isə yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır.
23 Noyabr, 2019 12:50 ⁄ Baxılıb: 841
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |