Simsar.az | bizi özünüzə Simsar bilin
Tovuzda atasının gödəkçəsini gətirməyə gedən 10 yaşlı qız itkin düşdü

Tovuz rayonunda azyaşlı qız itkin düşüb.  Hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 2009-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı dünən gecədən yoxa çıxıb.

Yaxınlarının sözlərinə görə, dünən axşan saatlarında qonşunun toyu üçün hazırlıqlara kömək edən N.Quliyevanın atası qızdan evə gedərək, gödəkcəsini gətirməyi xahiş edib. Bundan sonra N.Quliyevanı görən olmayıb. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsinə məlumat verilib və qızın axtarışlarına başlanılıb.(oxu)

22 Noyabr, 2019  14:37 Baxılıb: 680

Bu bölmədə