Simsar.az | bizi özünüzə Simsar bilin
Rövnəq Abdullayev Berti Foqtsu təriflədi

"Mübarizə aparmadan uduzmaq və mübarizə ilə uduzmaq fərqli şeylərdir"

"Almaniya ilə oyundan narazı deyiləm, biz, bu oyunda mübarizə apara bildik". Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. O, bildirib ki, mübarizə aparmadan uduzmaq və mübarizə ilə uduzmaq fərqli şeylərdir: "Mən Berti Foqtsun işindən razıyam, AFFA da onun işindən razıdır. Onun gördüyü işlər göz qabağındadır. Əgər əvvəl millimiz bir hissə oynamaqda çətinlik çəkirdisə, indi 90 dəqiqə ərzində Almaniya komandası ilə mübarizə aparması böyük nailiyyətdir".

 Azərbaycan yığmasının baş məşqçisinin istefası ilə bağlı suala cavabında  R.Abdullayev deyibki, hər şey birdən-birə qurula bilməz, problemlər mərhələ-mərhələ aradan qalxacaq.

11 İyun, 2011  03:20 Baxılıb: 984

Bu bölmədə