Simsar.az | bizi özünüzə Simsar bilin
İsrailin yeni səfiri sabah Azərbaycana gəlir

İsrailin Azərbaycandakı yeni səfiri Corc Dik noyabrın 21-də Bakıya gələcək. Bunu İsrail səfirliyindən bildiriblər. O, bu vəzifədə 2015-ci ilin avqustundan fəaliyyət göstərən Dan Stavı əvəz edəcək.

Qeyd edək ki, C.Dik bundan əvəllər İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yuval Rotemin baş müşaviri vəzifəsində işləyib. Nazirlikdə 2008-ci ildə işə başlayan C.Dik İsrailin Nigeriya və Norveçdəki səfirlərinin müavini olub.(trend)

20 Noyabr, 2019  16:52 Baxılıb: 1156

Bu bölmədə