Simsar.az | bizi özünüzə Simsar bilin
Müşfiq Abbasovun evi əlindən alınır

Allah hamımızı mərdiməzardan, ev yıxandan, qorusun! Mənim heç kimə “dələduz” demək hüququm yoxdur, bunu fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Həsənova Gülrux Sənhan qızına onun xalası Həsənova Mehriban Hüseyn qızının iddiasından sonra Apellyasiya Məhkəməsinin hakimi Cəmilova Xəyalə Adil qızının qərarı deyir. Simsar.az - xəbər verir ki, bu sözləri “Bu şəhərdə” yumortistik teatrının ssenari müəllifi Müşfiq Abbasov şəxsi “Instagram” hesabında yazıb.

O, bir neçə ay öncə evinin əlindən saxta yolla alınması barədə məlumatlar paylaşıb. Müşfiq məhkəməyə müraciət etsə də, məsələnin çözülmədiyini bildirib. “Sən demə, mənim 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan üç il sonra Taleh dünyasını dəyişib. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib.

Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak Komitəsi ona əsasən mənə çıxarış verib. İndi altı ildən sonra hakim deyir ki, evi qaytar”.

M.Abbasov paylaşımında ona hədə-qorxu gəlindiyini vurğulayıb.

20 Noyabr, 2019  12:16 Baxılıb: 852

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası