Simsar.az | bizi özünüzə Simsar bilin
Meksikada güclü zəlzələ oldu

Meksikada güclü zəlzələ baş verib. 6,3 bal gücündə təkanlar Çayaps ştatında qeydə alınıb. Məlumata görə, zəlzələ yerli vaxtla 04.27-də Puerto-Madero yaşayış məntəqəsindən 110 kilometr aralıda baş verib. Təkanlar yerin 60 kilometr dərinliyində qeydə alınıb. Meksika Seysmoloji Xidməti güclü zəlzələnin Tabasko, Qvatemalanın San-Markos bələdiyyəsi ərazisində də hiss edildiyini bildirib. İnsan tələfatı və dağıntılar barədə hələ məlumat yoxdur.

20 Noyabr, 2019  11:11 Baxılıb: 1135

Bu bölmədə