Simsar.az | bizi özünüzə Simsar bilin
Xəzərdə batan neftçinin meyiti tapılıb

Noyabrın 18-də Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batan 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun axtarışları başa çatıb. FHN-dən verilən məlumata görə, İ. Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İ.Şərifov neftçi olub. “SOCAR”ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov AP-ya bildirib ki, lakin buna baxmayaraq o, “SOCAR”ın əməkdaşı deyil: "İlqar Şərifov “AzGerneft”in əməkdaşıdır. “AzGerneft” MMС isə “SOCAR”ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb".

19 Noyabr, 2019  17:36 Baxılıb: 844

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası