Simsar.az | bizi özünüzə Simsar bilin
Fransada 20-dən çox metro stansiyası bağlandı

Fransanın paytaxtı Parisdə 20-dən çox metro stansiya bağlanıb. Xarici KİV xəbər verir ki, stansiyalarla yanaşı, şəhərin əsas nəqliyyat vasitələrindən olan elektrik qatarlarının da fəaliyyəti dayandırılıb. Buna səbəb “sarı jiletlilər”in tərəfdarlarının aksiya planlaşdırmasıdır. Ənənəvi hal alan şənbə mitinqləri zamanı tez-tez etirazçılar və polis arasında iğtişaşlar, toqquşmalar baş verir.

Qeyd edək ki, özlərini “sarı jiletlilər” adlandıran etirazçılar irimiqyaslı aksiyalara 2018-ci ilin noyabrında başlayıblar. Onlar benzin və dizelin qiymətinin artmasına qarşı çıxır, həmçinin, vergilərin azaldılması, hökumətin istefasını tələb edirdilər.(qafqazinfo)

 

16 Noyabr, 2019  13:09 Baxılıb: 1120

Bu bölmədə