Prezident Bilal Əliyevə ev verdi
Prezident İlham Əliyev Xalq artisti Bilal Əliyevə mənzil hədiyyə edib. Bu barədə Oxu.Az-a Xalq artisti məlumat verib. Bilal Əliyev mənzilin açarlarının bu gün ona təqdim edildiyini bildirib: “Bu gün məni çağırıb şəhərin gözəl bir yerindən üç otaqlı mənzilin açarlarını təqdim etdilər. Hədiyyəyə görə prezidentimizə təşəkkür edirəm. 60 illik yubileyimdə mənzil şəraitimin yaxşı olmadığını nəzərə alaraq, məni, ailəmi və sevənlərimi sevindirdi. Mənə göstərdiyi etimadı, çalışacam ki, ömür boyu doğruldum. Diqqətə görə təşəkkür edirəm”. Qeyd edək ki, noyabrın 18-də Bilal Əliyevin 60 yaşı tamam olacaq.
15 Noyabr, 2019 17:37 ⁄ Baxılıb: 1217
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |