Simsar.az | bizi özünüzə Simsar bilin
Tərtərdə doğuş zamanı körpə öldü

Tərtər rayonunda körpə doğuş zamanı ölüb. Hadisə Tərtər Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayonun Borsunlu kənd sakini, 1997-ci il təvəllüdlü Axundova İlahə Eldar qızı doğuş məqsədilə gecə saatlarında xəstəxanaya müraciət edib. Doğuş zamanı o, körpəsini itirib.

Xəstəxanadan verilən məlumata görə, ananın vəziyyəti yaxşdır. Faktla bağlı araşdırma aparılır.(oxu)

15 Noyabr, 2019  11:40 Baxılıb: 1090

Bu bölmədə