Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Mahmud Abbası təbrik edib

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Fələstin əlaqələri xalqlarımızın istək və iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Fələstin xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

14 Noyabr, 2019  18:00 Baxılıb: 990

Bu bölmədə