Simsar.az | bizi özünüzə Simsar bilin
Diplomatlar müxalifət liderləri ilə görüşür

Görüş Müsavat Partiyasında keçirilir

Müsavat Partiyasının qərargahında İctimai Palatanın Koordinasiya Şurasının bir qrup üzvü ilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərləri və nümayəndələrinin görüşü başlayıb.

APA-nın xəbərinə görə, görüşdə ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Konstantin Erokostopulos, Böyük Britaniya səfiri Kerolayn Braun, Avropa Birliyi, Polşa, Almaniya, ABŞ, Fransa və Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak edirlər.

İctimai Palatanın Koordinasiya Şurasının üzvlərindən isə görüşə İsa Qəmbər, Əli Kərimli, Vidadi Mirkamal, Mehriban Vəzir və Zəfər Quliyev qatılıblar.

10 İyun, 2011  22:41 Baxılıb: 940

Bu bölmədə