İnam Kərimov daha iki direktoru işdən çıxardı
Kənd Təsərrüfatı naziri İnam Kərimov daha iki Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktorunu vəzifəsindən azad edib. Nazirin imzaladığı əmrə əsasən, Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları vəzifələrindən azad olunublar. Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar. Onların yerinə təyinat yoxdur. Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a faktı təsdiqləyiblər. Qeyd edək ki, bundan əvvəl Kürdəmir və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları da işdən azad ediliblər. Ötən ay Elşən Cəbrayılov Kürdəmir DAİM-in, Rövşən Yəhyayev isə İsmayıllı DAİM-in direktoru vəzifələrinə təyinat alıb.(oxu)
13 Noyabr, 2019 12:18 ⁄ Baxılıb: 750
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |