Azərbaycanda daha bir ana ölümü baş verdi
İcbari Tibbi Sığorta Dövlət Agentliyi (İTSDA) Yevlaxdakı ana ölümü ilə bağlı məlumat yayıb. İTSDA-nın mətbuat xidmətindən verilən məlumata görə, 8 noyabr 2019-ci ildə Yevlax rayon sakini, 28 yaşlı Gülanə Əliyeva ikincili hamiləlik dövründə səhhətində yaranan problemlərlə bağlı ailə həkiminin göndərişi ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət edib: “Yevlax rayon Mərkəzi Xəstəxanasında aparılmış müayinə nəticəsində G.Əliyevada hamiləliklə yanaşı patologiyalar aşkarlanıb. Tibbi təlimata əsasən o, həmin gün təcili tibbi yardım maşını ilə həkim nəzarəti altında Səhiyyə Nazirliyi akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji hamiləlik söbəsinə göndərilib. 10 noyabr 2019-cu il tarixində G.Əliyeva həmin tibb müəssisəsində uşaq dünyaya gətirib”. Rəsmi məlumata görə, ananın ölümü doğuşdan sonra baş verib: “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermiş ana ölümü ilə bağlı araşdırmanın aparılması Səhiyyə Nazirliyinin səlahiyyətindədir”.(modern)
12 Noyabr, 2019 16:47 ⁄ Baxılıb: 1063
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |