Röya yeni klipini təqdim edib
Xalq artisti Röya Ayxan yeni layihəsini təqdim edib. O, 2014-cü ildə Əməkdar artist Ədalət Şükürovun ifa etdiyi “Dedin yox” mahnısını həm oxuyub, həm də bəstəyə ekran həyatı verib. Sözləri və musiqisi Ədalət Şükürova məxsus mahnıya kiçik dəyişiklik edilərək bir misra əlavə olunub. Tural Manaflının şeirinə aid olan misra Xalq artisti tərəfindən mahnıda səsləndirilib. Sözügedən bəstənin rejissorluq işi Fərhad Əliyə həvalə olunub. Klipin çəkilişləri Bakıda baş tutub. Xalq artisti Röya Ayxan yeni klipini rəsmi “YouTube” hesabında yayımlanıb. Mahnını yüksək keyfiyyətdə dinləmək üçün “Apple Music”, “Spotify”, “Deezer”, “Muud” kimi platformalara müraciət etmək kifayətdir. Qeyd edək ki, bu klip Röya Ayxanın Xalq artisti fəxri adı almasından sonra təqdim etdiyi ilk ekran işidir.(oxu)
8 Noyabr, 2019 19:11 ⁄ Baxılıb: 5527
Bu bölmədə26 Aprel, 2024 Mahsun Kırmızıgül Bakıya gəlir22 Noyabr, 2022 Avroviziyada Türkiyə də səs verəcək21 Noyabr, 2022 Rəşad Dağlının ailəsindən müraciət21 Noyabr, 2022 Britni Spirs “Instagram” hesabını sildi1 Noyabr, 2021 Ləman: "Sənətimə qazanc mənbəyi kimi baxmıram..." |