Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Sloveniyanın baş naziri ilə görüşüb

İki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub

Lyublyanada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev iyunun 10-da Sloveniyanın baş naziri Borut Pahorla görüşüb. Simsar.az-ın məlumatına görə, görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı çərçivəsində önəmi vurğulanıb.

Prezident İ. Əliyevin Sloveniyaya səfərinin ölkələr arasında iqtisadiyyatın konkret sahələrinin perspektivlərinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığı qeyd edilən görüşdə Azərbaycan-Sloveniya biznes forumunun əhəmiyyəti vurğulanıb.

10 İyun, 2011  21:31 Baxılıb: 910

Bu bölmədə