Simsar.az | bizi özünüzə Simsar bilin
DİQQƏT! Bu yolda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, 7-9 noyabr tarixlərində saat 10:00-dan başlayaraq saat 17:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-101 km hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir.

Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

7 Noyabr, 2019  16:35 Baxılıb: 851

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası