Simsar.az | bizi özünüzə Simsar bilin
Ramiz Mehdiyev Moskvada həmkarı Sergey Narışkinlə görüşüb-YENİLƏNİB

"Bakı Forumu təsdiq edəcək ki, Azərbaycan və Rusiya qarşılıqlı humanitar faliyyət sahəsində beynəlxalq səviyyəyə daxil olur"

Rusiyada Azərbaycanla əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilir. Bu barədə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin azərbaycanlı həmkarı Ramiz Mehdiyevlə görüşdə deyib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

Administrasiya rəhbərləri oktyabrın əvvəlində keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsinin növbəti iclasını keçiriblər.

"Biz ölkələrimiz arasında əməkdaşlıqdan çox məmnunuq. Rusiya və Azərbaycan humanitar məsələlərə böyük əhəmiyyət verir. Beynəlxalq gündəlik üzrə isə Moskva və Bakının mövqeyi oxşardır, çox vaxt üst-üstə düşür", - Narışkin qeyd edib.

Mehdiyev xatırladıb ki, forumun keçirilməsi təşəbbüsü ilə iki ölkənin prezidentləri çıxış edib. "Biz Azərbaycanda bu məsələyə çox təmkinlə və böyük məsuliyyətlə yanaşırıq", - o deyib.

"Güman edirik ki, forum Moskva və Bakının əməkdaşlığının təkcə itisadi sahədə deyil, həm də humanitar problemlər üzrə inkişaf etməsi baxımından önəmli olacaq", - Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri əlavə edib.

Mehdiyevin sözlərinə görə, "Foruma təkcə Rusiyadan deyil, həm də Avropa dövlətlərindən bir çox məşhur insanlar gələcəklər".


Rusiya və Azərbaycan cari ilin oktyabr ayının əvvəlində keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumun keçirilməsinə hazırdırlar.

"Biz bu gün bu vacib tədbirin keçilməsinə aid bütün məsələləri müzakirə etdik, - Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Moskvada Təşkilat Komitəsinin iclasının yekunları üzrə deyib. - Forum maraqlı, geniş və orijinal olmalıdır".

Forum iştirakçılarının müzakirə etməyə planlaşdırdığı mövzular arasında Narışkin iqtisadi inkişafın müasir modellərini, humanistliyin fəlsəfə problemləri, biotexnologiyalar və etika problemlərini sadalayıb.

"Bu, ümumbəşəri və hamı üçün əhəmiyyətli olan problemlərdir, - öz növbəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qeyd edib. - Çox vacibdir ki, ölkələrimizin prezidentləri onları dünya ictimaiyyətinin müzakirəsinə çıxarmaq qərarına gəliblər".

10 İyun, 2011  21:23 Baxılıb: 987

Bu bölmədə